AZ

Yüksək bal yığanlar niyə seçilmədi? - Rəsmi AÇIQLAMA

Xaricdə Təhsil üzrə Dövlət Proqramı üzrə ötən il yüksək bal toplamasına baxmayaraq bəzi namizədlərin proqramdan kənarda qalması ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov açıqlama verib.

O bildirib ki, əsas məqsəd yüksək göstəricilərə malik şagirdlərin bu proqramdan faydalanmasını təmin etməkdir.

“Yüksək göstəriciləri olan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Hər iki mərhələdən müvəffəqiyyətlə keçdikdən sonra göstəricilər eyni olduqda, reytinq üzrə dil bilikləri səviyyəsi də nəzərə alınır və qiymətləndirmə yüksəkdən aşağıya doğru aparılır. Ötən illərdə bəzi gənclərin yüksək ballarına baxmayaraq Dövlət Proqramı üzrə xaricdə təhsilə cəlb edilməməsi buna görə baş verib. Bu proqramın qaydalarında xüsusi göstərişlər mövcuddur”, – deyə o vurğulayıb (APA).

Seçilən
22
8
musavat.com

10Mənbələr