AZ

Amerikanın “Boise” çoxməqsədli nüvə sualtı qayığı utilizasiya olunacaq

ABŞ Hərbi Dəniz Qüvvələri uzun illərdir əsaslı təmir və modernləşdirməni gözləyən “Los-Anceles” sinifli “Boise” çoxməqsədli nüvə sualtı qayığını istismardan çıxaracaq.

Herbiand.az ABŞ Hərbi Dəniz Qüvvələri Departamentinə istinadən bildirir ki, bu addım maliyyələşdirmənin və ixtisaslı işçilərin daha yüksək prioritetli layihələrə yönləndirilməsinə imkan verəcək.

Admiral Deril Kodl qeyd edib ki, bu qərar çətin olsa da, daim dəyişən təhlükə mühit qarşısında Hərbi Dəniz Qüvvələrinin döyüş hazırlığını təmin etmək üçün zəruridir: “Resursların yenidən bölüşdürülməsi daha inkişaf etmiş “Virciniya” və “Kolumbiya” sinifli sualtı qayıqların çatdırılmasını sürətləndirəcək”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
15
herbiand.az

1Mənbələr