AZ

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin keçmiş rəsmisi agentliyin dağılmasını kitabında təsvir edib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) keçmiş qlobal səhiyyə rəhbəri Nikolas Enrich agentliyin son dövrlərdəki dağılma prosesini yeni kitabında açıqlayıb.

QHT.az xarici mediaya istinadən bildirir ki, Enrich “Into the Wood Chipper” adlı kitabında Donald Tramp administrasiyası dövründə USAID-in fəaliyyətinin sürətlə dayandırıldığını və bunun qlobal səhiyyəyə ciddi təsir etdiyini yazır.

Onun sözlərinə görə, 2025-ci ilin əvvəlində proqramlar qəfil dayandırılıb, dərman və tibbi ləvazimat çatışmazlığı yaranıb, bəzi ölkələrdə isə səhiyyə xidmətləri zəifləyib.

Enrich iddia edir ki, qərarlar nəticəsində HİV, malyariya və digər xəstəliklərlə bağlı proqramlar ciddi zərər görüb, bir çox əməkdaş işini itirib və maliyyə sistemləri dondurulub.

O həmçinin bildirir ki, bəzi tapşırıqlar qeyri-real olub və agentlik daxilində idarəetmə xaosu yaranıb.

Kitabda qeyd olunur ki, 2025-ci ilin ortalarında USAID faktiki olaraq fəaliyyətini dayandırıb və onun bir çox funksiyaları məhdudlaşdırılıb.

Enrich bu prosesin ABŞ-nin beynəlxalq humanitar siyasətinə ciddi zərbə vurduğunu vurğulayır.

Seçilən
34
qht.az

1Mənbələr