Aİ ölkələri ABŞ-ın NATO-dan çıxması halında qitəni qorumaq üçün ehtiyat plan hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadla məlumat yayıb.
Məqalədə deyilir ki, ABŞ-ın blokdan çıxması halında Avropanın özünü müdafiə edə bilməsini təmin etmək üçün hazırlanmış ehtiyat planı geniş vüsət alır.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp NATO-nun İranla bağlı vəziyyətdə Vaşinqtonu dəstəkləmədiyini və gələcəkdə də dəstəkləməyəcəyini bildirmişdi.