AZ

NATO bizə kömək etmədi və etməyəcək!

ABŞ prezidenti Donald Tramp Şimali Atlantika Alyansını (NATO) kəskin tənqid atəşinə tutub.

Publika.az xəbər verir ki, bu barədə siyasətçi özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Ağ Ev rəhbəri Vaşinqtonun müttəfiqlərindən narazılığını açıq şəkildə ifadə edərək bildirib ki, NATO indiyə qədər ABŞ-a heç bir köməklik göstərməyib və gələcəkdə də göstərmək niyyətində deyil: “NATO bizə köməyə gəlmədi və gələcəkdə də gəlməyəcək!” - deyə Amerika lideri vurğulayıb.

Müəllif: Adəm

Seçilən
26
publika.az

1Mənbələr