AZ

Beynəlxalq Valyuta Fondu Cənubi Qafqaz və Mərkəzi Asiyada real ÜDM artımı ilə bağlı proqnozunu açıqlayıb

Bakı. Trend:

2026-cı ildə Cənubi Qafqaz və Mərkəzi Asiyada real ÜDM artımının2025-ci ildəki 6,2%-lə müqayisədə 4,8% səviyyəsinə enəcəyigözlənilir.

Trend bu barədəBeynəlxalq Valyuta Fondunun (BVF) hesabatına əsasən xəbərverir.

Proqnozlara əsasən, 2027-ci ildə iqtisadi artım tempinin 4,5%-əqədər sürətlənəcəyi gözlənilir.

"Yaxın Şərq və Mərkəzi Asiyada iqtisadi artım 2025-ci ildəki3,6%-dən 2026-cı ildə 1,9%-ə qədər zəifləyəcək, daha sonra isəregionun münaqişənin birbaşa təsirini yaşaması və gözlənilən bərpaprosesi fonunda 2027-ci ildə 4,6%-ə qədər bərpa olunacaq.Münaqişədən birbaşa təsirlənən xammal ixracatçısı ölkələr üçünhasilat və ixracın azalması 2026-cı il üzrə ÜDM artımı proqnozununəhəmiyyətli dərəcədə aşağıya doğru yenidən qiymətləndirilməsideməkdir. Azalmanın miqyası enerji və nəqliyyat infrastrukturunadəyən zərərin səviyyəsindən, həmçinin Hörmüz boğazından asılılıqdanvə alternativ ixrac marşrutlarının mövcudluğundan asılıdır”, –hesabatda bildirilir.

Qeyd olunur ki, bununla əlaqədar olaraq 2026-cı ildə ÜDM artımtempinin azalması Bəhreyn, İran, İraq, Küveyt və Qətər üçün dahakəskin, Oman, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləriüçün isə daha məhdud olacaq.

“Bu iqtisadiyyatların hamısında 2027-ci ildə enerjidaşıyıcılarının hasilatı və daşınmasının yaxın aylardanormallaşacağı şərti ilə artımın bərpası gözlənilir. Lakin münaqişəuzanarsa və zərərin miqyası gözləniləndən böyük olarsa, bu ehtimalyenidən nəzərdən keçirilə bilər. İran üzrə 2026-cı il üçün artımproqnozu yanvar qiymətləndirməsi ilə müqayisədə 7,2 faiz bəndiaşağı salınaraq –6,1%-ə endirilib, 2027-ci il üzrə proqnoz isə 1,6faiz bəndi artırılaraq 3,2%-ə yüksəldilib”, – BVF qeyd edir.

Vurğulanır ki, Səudiyyə Ərəbistanı üçün 2026-cı il üzrə artımproqnozu yanvarla müqayisədə 1,4 faiz bəndi azaldılaraq 3,1%-əendirilib, 2027-ci il üzrə isə 0,9 faiz bəndi artırılaraq 4,5%-əçatdırılıb.

“Yaxın Şərq və Şimali Afrikada xammal idxalçısı olan ölkələrüçün xammal qiymətlərinin artması ilə bağlı ticarət şərtlərindəkişok da 2026 və 2027-ci illər üzrə artım proqnozlarının mülayimşəkildə aşağıya doğru yenidən nəzərdən keçirilməsinə səbəb olub.Eyni zamanda ölkələr arasındakı fərqlər enerji daşıyıcıları, enerjiməhsulları və ərzaq idxalından asılılığın müxtəlif səviyyələri,həmçinin münaqişədən əvvəlki fərqli iqtisadi trayektoriyalarla izaholunur", - hesabatda qeyd olunub.

Məqalədə:
Seçilən
30
az.trend.az

1Mənbələr