AZ

Magyar: Rusiya neftindən imtina edə bilmərik!

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Drujba” boru kəməri ilə Rusiya neftinin tədarükü Macarıstan üçün son dərəcə vacibdir, Budapeşt ümid edir ki, Ukrayna aprelin sonunda vəd etdiyi kimi kəmərin fəaliyyətini bərpa edəcək.

Axar.az xəbər verir ki, bunu Macarıstanda parlament seçkilərində qalib gələn Tisa Partiyasının lideri Peter Magyar deyib.

“Bu, çox vacibdir və Macarıstan indi bundan imtina edə bilməz. Macarıstan coğrafi baxımdan bunu edə bilməz. Rusiya öz yerində qalacaq, Macarıstan da”, - o bildirib.

Qeyd edək ki, yanvar ayından Rusiya nefti “Drujba” kəməri ilə Macarıstan və Slovakiyadakı neft emalı zavodlarına çatdırılmır. Budapeşt Ukraynanı siyasi səbəblərdən “Drujba” boru kəməri ilə neft tədarükünü dayandırmaqda ittiham edir. Ukrayna isə “Drujba” neft kəmərinin təmir olunduğunu və aprelin sonunadək fəaliyyət göstərəcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
1
axar.az

2Mənbələr