AZ

Britaniyada sorğu nəticələrinə görə hakim partiya dördüncü pilləyə düşüb

ain.az, Azertag saytına istinadən bildirir.

London, 15 aprel, AZƏRTAC

Böyük Britaniyada keçiriləcək yerli seçkilərə sayılı həftələr qalmış “YouGov” tərəfindən aparılan yeni sorğu Leyboristlər Partiyasının reytinqində ciddi eniş olduğunu göstərib.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, “Reform UK” 24 faizlə birinci yerdə qərarlaşıb. Onu 19 faizlə Mühafizəkarlar Partiyası izləyir. Üçüncü yerdə isə 18 faizlə Yaşıllar Partiyası qərarlaşıb. Hakim Leyboristlər Partiyası isə 17 faiz səslə dördüncü yerə düşüb.

Seçki kampaniyasının artıq başladığı bir vaxtda bu nəticələr Baş nazir Kir Starmer üçün arzuolunmaz siqnal kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, seçkilərin nəticəsi onun siyasi gələcəyi baxımından həlledici ola bilər.

Bundan əvvəl yayılan proqnozlara görə, Leyboristlər mayın 7-də tarixində keçiriləcək yerli seçkilərdə 1700-ə qədər bələdiyyə mandatını itirə bilər. Eyni zamanda, partiyanın Uels və Şotlandiya parlamentlərində üçüncü yerə qədər geriləməsi ehtimalı da var.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
azertag.az

2Mənbələr