Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ötən il yüksək bal toplamasına baxmayaraq, Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil ala bilməyən şəxslərlə bağlı məsələyə aydınlıq gətirilib.
Dövlət Proqramının İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov APA-nın sualına cavab olaraq bildirib ki, əsas məqsəd yüksək göstəricilərə malik olan şəxslərin bu proqramdan faydalanmasıdır.
O qeyd edib ki, yüksək göstəriciləri olan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar, hər iki mərhələdən müvəffəqiyyətlə keçdikdən sonra onların göstəriciləri eyni olarsa, o zaman reytinqləri üzrə dil bilikləri səviyyəsi yoxlanılır və qiymətləndirmə yüksəkdən aşağıya doğru aparılır.
“Ötən illərdə bəzi gənclərin yüksək bal toplamasına baxmayaraq, Dövlət Proqramı üzrə xaricdə təhsilə cəlb edilməməsi buna görə baş verib. Bu proqramın qaydalarında xüsusi göstərişlər mövcuddur”, - layihə rəhbəri vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.