AZ

Azərbaycan klubların son reytinq göstəriciləri açıqlandı – Siyahı


Dünya futbol klublarının yenilənmiş reytinq siyahısı açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan təmsilçiləri arasında yenə də ən yüksək mövqedə “Qarabağ” qərarlaşıb. Ağdam klubu əvvəlki siyahı ilə müqayisədə bir pillə irəliləyərək 181-ci sıraya yüksəlib.
Reytinqdə “Qarabağ”la yanaşı, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Şamaxı”, “İmişli” və “Karvan-Yevlax” klubları da irəliləyişə nail olublar. Xüsusilə “Karvan-Yevlax” 156 pillə irəliləməklə diqqət mərkəzinə düşüb.
Digər tərəfdən, “Zirə” əvvəlki mövqeyini qoruyub saxlayıb. “Araz-Naxçıvan”, “Sumqayıt”, “Qəbələ” və “Kəpəz” isə geriləyən komandalar sırasında yer alıb. Ən böyük enişi 127 pillə itirən “Kəpəz” yaşayıb.
Azərbaycan klubların son reytinq göstəriciləri belədir:
“Qarabağ” – 181-ci yer (80,8 xal)
“Sabah” – 288-ci yer (79,1 xal)
“Zirə” – 544-cü yer (75,6 xal)
“Turan Tovuz” – 659-cu yer (74,3 xal)
“Neftçi” – 666-cı yer (74,2 xal)
“Araz-Naxçıvan” – 1000-ci yer (71,4 xal)
“Şamaxı” – 1275-ci yer (69,4 xal)
“İmişli” – 1393-cü yer (68,6 xal)
“Sumqayıt” – 1583-cü yer (67,6 xal)
“Qəbələ” – 1672-ci yer (67,2 xal)
“Kəpəz” – 2077-ci yer (65,4 xal)
Seçilən
6
1
yeniavaz.com

2Mənbələr