AZ

Ötən il yüksək bal yığsa da, xaricdə təhsil ala biməyən şəxslərlə bağlı məsələyə aydınlıq gətirilib

Ötən il yüksək bal yığmasına baxmayaraq, Xaricdə təhsil üzrə Dövlət Proqramı üzrə təhsil ala bilməyən şəxslərlə bağlı məsələyə aydınlıq gətirilib.

Bu barədə APA-nın sualına cavab olaraq, Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov münasibət bildirib.

"Bizim əsas məqsədimiz yüksək göstəricilərə malik olan şagirdlərin bu proqramdan faydalanmasıdır. Yüksək göstəriciləri olan namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Hər iki mərhələdən müvəffəqiyyətlə keçdikdən sonra onların göstəriciləri eyni olarsa, o zaman reytinqləri üzrə dil bilikləri səviyyəsi yoxlanılır və qiymətləndirmə yüksəkdən aşağıya doğru aparılır. Ötən illərdə bəzi gənclərin yüksək ballarına baxmayaraq Dövlət Proqramı üzrə xaricdə təhsilə cəlb edilməməsi buna görə baş verib. Bu proqramın qaydalarında xüsusi göstərişlər mövcuddur”, - o vurğulayıb.

Seçilən
38
8
apa.az

10Mənbələr