AZ

Dövlət Proqramına sənəd qəbulunda ilk dəfə süni intellektden istifadə ediləcək

Bakı. Trend:

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 33 ölkənin230-dan çox universiteti və həmin ali təhsil müəssisələri üzrə4000-dən artıq proqram əhatə olunur.

Trend xəbərverir ki, bunh Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəriQədir Xəlilov mediaya müsahibəsində bildirib.

Onun sözlərinə gorə, proqramda ümumilikdə 15 prioritet ixtisasmüəyyən edilib:

"Yeniliklərdən biri olaraq, mədəniyyət və incəsənət sahəsi üzrəproqramların sayı 19-a çatdırılıb. Yüksək nəticə göstərənnamizədlərin ballarında bərabərlik yarandığı halda, növbətimərhələdə onların dil bilikləri və digər meyarlar əsasında reytinqimüəyyən ediləcək.

Bu il sənəd qəbulu prosesində ilk dəfə olaraq süni intellektalətlərindən istifadə olunacaq. Bu isə qəbul prosesinin daha şəffafvə yoxlamaların daha düzgün aparılmasına xidmət edəcək. Bununlabelə, proses tam şəkildə süni intellektə ötürülmür".

Qədir Xəlilov qeyd edib ki, namizədlər qaydalarda göstəriləntələblərə uyğun olaraq sənədlərini yükləməlidirlər ki, yoxlamamərhələsində hər bir məqama xüsusi diqqət yetirilə bilsin:

"Proqram üzrə yaş məhdudiyyəti nəzərdə tutulmayıb".

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr