AZ

BVF qlobal iqtisadi artım proqnozunu 3,1 faizə endirib

Beynəlxalq Valyuta Fondu (BVF) 2026-cı il üçün qlobal ÜDM-in artım proqnozunu 3,1 faizə endirib, 2027-ci il üçün proqnozunu isə 3,2 faiz səviyyəsində saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BVF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının yenilənmiş versiyasında deyilir. Yenilənmiş proqnoz 2025-ci ildə 3,4 faiz olaraq qiymətləndirilən qlobal iqtisadi artımın azaldığını göstərir. Yaxın Şərqdəki münaqişədən əvvəl qlobal ÜDM-in artım proqnozları 2026-cı ildə 3,4 faiz, 2027-ci ildə isə 3,2 faiz təşkil edirdi. Proqnozlara görə, qlobal ümumi inflyasiyanın 2026-cı ildə 4,4 faizə yüksələcəyi və 2027-ci ildə 3,7 faizə düşəcəyi gözlənilir.

Bundan əvvəl BVF-nin rəhbəri Yaxın Şərqdəki münaqişənin daha yüksək inflyasiyaya və qlobal iqtisadi artımın ləngiməsinə səbəb olacağını bildirmişdi.

Seçilən
11
1
azerbaijan-news.az

2Mənbələr