İran hakimiyyəti Hörmüz boğazı üçün geosiyasi əhəmiyyətə malik xüsusi rejim hazırlamağı planlaşdırır.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə hökumət sözçüsü Fatimə Mühacirani RİA "Novosti"-yə bildirib.
"Hörmüz boğazı ölkəmizin xüsusi mülkiyyətidir. Müxtəlif ölkələrlə qarşılıqlı əlaqə üçün istifadə edilən hər hansı bir mülk kimi onun üçün də xüsusi rejim hazırlanmalıdır", - Mühacirani vurğulayıb.
Onun sözlərinə görə, İran İslam Respublikası Hörmüz boğazı üzərində suverenliklə bağlı milli maraqlarının qorunmasını təmin etmək üçün bütün zəruri vasitələrdən istifadə edəcək.