AZ

"Barselona"nın futbolçusu az qala canından olacaqdı - FOTO

Madridin "Atletiko" klubunun qapıçısı Xuan Musso, Çempionlar Liqasının 1/4 finalının cavab oyunu zamanı "Barselona"nın futbolçusu Fermin Lopesin üzündən zərbə endirib.

Ölkə.Az xəbər verir ki, hadisə birinci hissənin ortalarında baş verib. Lopes yaxın məsafədən rəqib qapısına zərbə endirib, qolkiper komandasını xilas etdikdən sonra hərəkətin davamı olaraq ayağı ilə ispanın üzünə toxunub. Buna görə qapıçıya rəsmi xəbərdarlıq edilməyib.

Lopesin üzünə ayaqqabının dişləri (şipləri) birbaşa dəydiyi üçün yarımmüdafiəçidə güclü qanaxma başlayıb. Həkimlərin müdaxiləsindən sonra qanaxma dayanıb və oyunçu qarşılaşmaya davam edib.

Seçilən
16
1
olke.az

2Mənbələr