AZ

Azərbaycanda I rübdə 2 522 radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə alınıb

Bu ilin I rübündə Azərbaycanda 2 522 ədəd radio avadanlığının mülki dövriyyəsinə xüsusi icazə verilib.

Bu barədə "Far.Az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyindən (İKTA) bildirilib.

Məlumata görə, 83 ədəd radio avadanlığına isə qanunvericiliyin tələblərinə uyğun olaraq xüsusi icazənin verilməsindən imtina edilib. Bununla yanaşı, 3 müraciət üzrə radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə verilməsi üçün aidiyyəti qurumların rəylərinin təqdim olunması gözlənilir.

Hesabat dövründə hüquqi və fiziki şəxslərdən radio avadanlıqlarının mülki dövriyyəsinə xüsusi icazə alınması məqsədilə 226 müraciət daxil olub. Daxil olmuş müraciətlər üzrə ümumilikdə 7 694 ədəd müxtəlif marka və model avadanlığa dair qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Araşdırmalar nəticəsində müəyyənləşib ki, idxal olunan 5 091 ədəd avadanlığın mülki dövriyyəsi üçün xüsusi icazə tələb edilmir. Bu barədə müraciətçilər və aidiyyəti orqanlar məlumatlandırılıb.

Eyni zamanda 3 hüquqi şəxs tərəfindən təqdim olunmuş müraciətlər əsasında aparılan hüquqi və texniki araşdırmalar nəticəsində müxtəlif marka və modellərə aid ümumilikdə 157 ədəd avadanlığa verilmiş xüsusi icazələrin ləğvi barədə qərar qəbul edilib. Qərarlar qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun qaydada rəsmiləşdirilərək icrası təmin olunub.

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq inzibati tədbirlər davam etdirilir.

Ötən üç ayda "Lisenziyalar və icazələr haqqında" qanuna əsasən sürətli poçt xidməti üçün 50 müraciət üzrə təqdim olunan ərizələrə əlavə edilən sənədlərdəki məlumatların uyğunluğu qiymətləndirilib.

Nəticədə 45 ünvanda sürətli poçt xidmətinin göstərilməsi üçün müraciətlərə müsbət cavab verilib.

Digər 5 müraciətlə bağlı isə müsbət rəy verilməyib.

Xatırladaq ki, 2024-cü ilin mart ayından İKTA "Radioelektron vasitələrə verilən icazələr" elektron xidməti niistifadəyə verib.

Seçilən
13
5
far.az

6Mənbələr