İbrahim Tatlısəsin "Mavi Mavi" (1985) mahnısı 80-ci illərin ən populyar bəstələrindən biri idi.
"Yeni Sabah" xəbər verir ki, hamı mahnının Hülya Avşar üçün yazıldığını düşünür, amma həqiqət tamamilə fərqlidir.
Onu ilk dəfə İran müğənnisi İlahə 1977-ci ildə ifa edib və əsl adı "Saqi"dir.
Mahnının nəqarətində ilk misra bu cür tərcümə olunur: "Saqi, saqi, ey saqi! Yenə sərxoş və divanəyəm".
Nəğmənin farsca başqa bir versiyası isə "Abi Abi" ("Mavi Mavi") adlanır.
Telegram kanalımız