AZ

Milli komandada yeni təyinat

Qana yığmasında baş məşqçi problemi həll edilib.

"Football-plus.az" xəbər verir ki, Qana Futbol Federasiyasının məlumatına görə, milli komandaya Karluş Keyruş təyinat alıb. Onunla bağlanan müqavilə ilə bağlı məlumat verilməyib. 73 yaşlı portuqaliyalı mütəxəssis Qana yığmasını DÇ-2026-ya hazırlayacaq.

Qeyd edək ki, Keyruş Cənubi Afrika, İran, Portuqaliya, Misir, Xorvatiya, Qətər və Oman yığmalarını çalışdırıb. Təcrübəli mütəxəssis Cənubi Afrika (2002), Portuqaliya (2010) və İran (2014, 2018) komandaları ilə dünya çempionatlarında iştirak edib.

Qana yığması bu yay keçiriləcək dünya çempionatında Panama, İngiltərə və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.

Seçilən
15
1
football-plus.az

2Mənbələr