
Zərifə Əliyeva irsi bu gün də yaşayır. Görkəmli alim və həkimin elmi fəaliyyəti, ictimai rolu və insani keyfiyyətləri xatırlanırUlusum.az xatırladır ki, görkəmli alim, akademik Zərifə Əliyevanin zəngin elmi irsi bu gün də aktuallığını qoruyur.O, oftalmologiyanın müxtəlif sahələrinə dair mühüm tədqiqatlar aparıb.Alim konjonktivitlər, keratitlər, qlaukoma və digər göz xəstəliklərinin öyrənilməsinə töhfə verib.Zərifə Əliyeva göz yaşı yollarının fiziologiyası və cərrahi müalicəsi ilə bağlı dəyərli əsərlərin müəllifidir.Onun elmi işləri müasir oftalmologiyada bu gün də istifadə olunur.Alim həmçinin iridodiaqnostika sahəsində ilk tədqiqatçılardan biri kimi tanınır.Zərifə Əliyeva həkimlik peşəsinə yüksək mənəvi yanaşması ilə seçilirdi.O, həkimin insanlara yaxın və qayğıkeş olmasının vacibliyini vurğulayırdı.Akademik həm də fəal ictimai xadim kimi tanınıb.O, müxtəlif beynəlxalq və ümumittifaq təşkilatlarında təmsil olunub.Zərifə Əliyeva həm alim, həm ana kimi nümunəvi həyat yolu keçib.Görkəmli oftalmoloq 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.R.İkramlı
Diqqət Çəkənlər
Təxirə salınmış həyat sindromu -TƏLƏ
Parlayan Ziya Gəncədə: Elm və Sənətin İşığında tədbiri keçirildi
"BYD"nin zavodunda güclü yanğın - SƏBƏB