AZ

Tramp Melonini İranla bağlı mövqeyinə görə sərt tənqid edib

ABŞ prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Melonini ABŞ və İsrailin İrana qarşı apardığı müharibəyə müdaxilə etməkdən imtina etdiyinə görə sərt tənqid edib.

Herbiand.az xəbər verir ki, İtaliyanın Corriere della Sera" qəzetinə verdiyi müsahibədə Ağ Ev rəhbəri bildirib:"O (Meloni - red.) sadəcə deyir ki, İtaliya neftini oradan alsa da, Amerika İtaliya üçün çox vacib olsa da, İtaliya buna (İran müharibəsinə - red.) cəlb olunmaq istəmir. O, İtaliyanın buna cəlb edilməli olduğunu düşünmür. O, düşünür ki, Amerika bu işi onun üçün görməlidir".

Daha əvvəl Trampın tərəfdarı hesab edilən İtaliyanın baş naziri ABŞ prezidentinin Papa XIV Leo haqqında dediklərini "qəbuledilməz" adlandırıb.

Seçilən
24
17
herbiand.az

10Mənbələr