AZ

Dubayın varlıları bu ölkəyə qaçır - Əmlak almaq üçün növbə yaranıb

Yaxın Şərqdə artan gərginlik Dubayın cazibəsini azaldıb. İranın raket hücumları fonunda şəhərdə yaşayan ultra-varlı əcnəbilər daha təhlükəsiz və sabit məkanlara üz tutmağa başlayıblar.

Publika.az “Daily Mail”ə istinadən xəbər verir ki, xüsusilə milyarderlər və böyük sərvət sahibləri üçün yeni istiqamət İsveçrənin Zuq kantonu olub.

Təbii gözəlliyi, güclü maliyyə sistemi və yüksək həyat standartları ilə seçilən bu bölgə son aylarda varlıların diqqət mərkəzinə çevrilib.

Məlumata görə, Dubaydan köçən zənginlər Zuqda daşınmaz əmlak almaq üçün artıq növbəyə dayanırlar. Ekspertlər bildirirlər ki, kantonun əsas üstünlüklərindən biri də vergi sistemidir. Belə ki, burada gəlirə görə deyil, yaşayış xərclərinə əsaslanan sabit vergi modeli tətbiq olunur ki, bu da varlılar üçün olduqca sərfəli hesab edilir.

Zuq eyni zamanda qlobal iqtisadi mərkəz kimi də tanınır. Burada yüzlərlə əmtəə ticarəti şirkəti və kriptovalyuta firması fəaliyyət göstərir. Regionda baş verən müharibə isə bu şəhərin əhəmiyyətini daha da artırıb.

Seçilən
29
publika.az

1Mənbələr