AZ

Karapetyanın partiyasının iki üzvü barədə qətimkan tədbiri seçilib

BAKI, 15 aprel. TELEQRAF

Müxalif “Güclü Ermənistan” partiyasının saxlanılan üzvləri Qohar Qumaşyan və Verjine Stepanyan inzibati nəzarət altında sərbəst buraxılıblar.

Teleqraf xəbər verir ki, bu barədə partiyanın vəkili və nümayəndəsi Qohar Meloyan məlumat verib.

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi dünən Qumaşyana qarşı ev dustaqlığı ilə bağlı vəsatət qaldırılacağını açıqlayıb.

Qumaşyan və Stepanyan prezidentin parlament seçkilərinin təyin olunması haqqında fərmanından sonra qüvvəyə minən xeyriyyə fəaliyyətinə qoyulan qadağanı pozmaq ittihamı ilə saxlanılıb.

“Güclü Ermənistan” partiyası rusiyalı oliqarx Samvel Karapetyana məxsusdur.

Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.

Seçilən
13
teleqraf.com

1Mənbələr