AZ

Magyar Putinə zəng etməyəcəyini dedi Moskvadan reaksiya gəldi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Macarıstanın yeni Baş naziri Peter Magyarın Prezident Vladimir Putinə zəng etmək istəməməsi onun şəxsi hüququdur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekinə səfərindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Magyar Putinə zəng etməyəcəyini desə, biz bunu onun bir fərd olaraq öz qərarını vermək hüququ kimi görürük. Rusiya tərəfi Prezidentin dəfələrlə qeyd etdiyi kimi, heç vaxt dialoqdan çəkinmir”, – deyə o bildirib.

Bundan əvvəl P.Magyar qeyd edib ki, Putin ona zəng etsə, danışacaq, amma özü təşəbbüs göstərməyəcək.

Əliyar Xəlil

Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
globalinfo.az

1Mənbələr