Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Müğənni Tacir Şahmalıoğlunun oğlu Şahmalının toy tarixində dəyişiklik edilib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, qız toyu mayın 20-də, kişi məclisi isə mayın 27-də keçiriləcək.
Xatırladaq ki, ifaçı daha əvvəl övladı üçün toy mərasiminin mayın 15-nə planlaşdırıldığını açıqlamışdı. Şahmalı Aytac adlı xanımla ailə qurmağa hazırlaşır. Cütlüyün nişan mərasimi isə ötən ilin noyabr ayında baş tutub.
Musa
Milli.Az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.