Polşalı deputat İsrail bayrağını svastika ilə birləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Polşa parlamentində gərgin anlar yaşanıb. Deputat Konrad Berkoviç iclas zamanı üzərində svastika təsviri olan dəyişdirilmiş İsrail bayrağını nümayiş etdirərək, “İsrail yeni Üçüncü Reyxdir və onun bayrağı məhz belə görünməlidir” ifadələrini işlədib.
Berkoviç İsrailin Yaxın Şərqdəki hərbi fəaliyyətinin yanacaq qiymətlərinə mənfi təsir göstərdiyini iddia edib və münaqişə nəticəsində həlak olan uşaqların statistikasına diqqət çəkib.
Deputatın bu çıxışı parlament zalında kəskin narazılıq və qəzəblə qarşılanıb. Hadisədən sonra ABŞ-nin Polşadakı səfiri baş verənləri sərt şəkildə pisləyib.
Polşa Seyminin rəhbərliyi isə deputata qarşı intizam məsuliyyəti və cəza proseduruna başlayıb.
Xuraman Etibarlı
İnterpress.az