UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçirilib.
"Yeni Sabah" xəbər verir ki, yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olub.
İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"ya məğlub olub: - 1-2. Xatırladaq ki, Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib. Bu nəticə ilə "Atletiko" yarımfinala yüksəlib.
Digər oyunda isə İngiltərənin "Liverpul" klubu PSJ-yə (Fransa) məğlub olub: 0-2. Xatırladaq ki, Parisdəki ilk oyunda da Fransa təmsilçisi eyni hesabla qələbə qazanıb.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
14 aprel
23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya)
İlk oyun - 2:0
23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 0:2
Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
Telegram kanalımız