AZ

ABŞ da istehsalçı inflyasiyası gözləniləndən aşağı olub

ain.az bildirir, Banco.az portalına istinadən.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da istehsalçı inflyasiyası gözləniləndən aşağı olub.

Banco.az xəbər verir ki, ABŞ-da istehsalçı qiymətləri üzrə inflyasiyanın müharibənin təsirinin hiss olunduğu mart ayında nisbətən mülayim siqnallar verdiyi müşahidə olunub.

Mart ayında aylıq istehsalçı inflyasiyası 0,5 faizə yüksəlsə də, gözləntilərdən aşağı qalıb. "Bloomberg"in keçirdiyi sorğuda iştirak edən iqtisadçılar bu göstəricinin 1,1 faiz olacağını proqnozlaşdırırdılar.

Eyni dövrdə illik istehsalçı inflyasiyası da 4 faizə çatıb. Halbuki "Bloomberg" sorğusunda bu göstəricinin 4,6 faiz səviyyəsində olacağı gözlənilirdi. Fevral ayında isə illik istehsalçı qiymətləri 3,4 faiz artım göstərmişdi.

Mart ayında əsas (nüvə) aylıq istehsalçı inflyasiyası 0,2 faiz təşkil edib. Bu göstərici üzrə gözlənti 0,4 faiz idi. İllik əsas istehsalçı inflyasiyası da 3,6 faiz olmaqla 3,8 faizlik proqnozdan aşağı reallaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
banco.az

2Mənbələr