AZ

Levandovski Türkiyə klubuna təklif olundu

futbolpress-az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Barselona”nın polşalı qol maşını Robert Levandovski “Beşiktaş”a təklif olunub.

​Futbolpress.az xəbər verir ki, insayder Ertan Süzgünun verdiyi məlumata görə, 37 yaşlı ulduzun adı “qara qartallar”ın masasındadır.

Lakin klubun texniki heyəti həm futbolçunun yüksək maliyyə xərcləri, həm də yaşı səbəbindən bu transferə hələlik isti baxmır.

​Hazırda bazar dəyəri 8 milyon avro olan 37 yaşlı forvardın “Barselona” ilə müqaviləsi bu il başa çatır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
futbolpress.az

1Mənbələr