AZ

“Qarabağ”da çox xoşbəxt idim” - Juninyo qol vurdu, Azərbaycandakı günlərini yada saldı

“Pumas”da çıxış edən “Qarabağ”ın sabiq hücumçusu Juninyo Olavio növbəti qolunu vurub.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvard Meksika çempionatının 14-cü turunda “Mazatlan”ı 3:1 hesabı ilə məğlub etdikləri oyunda ikinci qolun müəllifi olub.

“Sambaçı” qarşılaşmadan sonra çıxışı ilə bağlı fikirlərini bildirib. 29 yaşlı forvard Azərbaycandan sonra Meksikaya da uyğunlaşdığını deyib:

“Komandaya daha bir qol vurmaqla kömək edə bildiyim üçün xoşbəxtəm. Turnir cədvəlinin yüksək pillələrində yer aldığımız üçün hər xal dəyərlidir.

“Pumas”da çox xoşbəxtəm, Azərbaycanda olduğu kimi, Meksikada da həm komandama, həm də ölkəyə qısa müddətdə uyğunlaşıram, getdikcə daha rahat və inamlı oluram”.

J.Olavio “Pumas”ın heyətində 14 oyunda 6 qol vurub, 3 məhsuldar ötürmə verib.

Seçilən
30
sportinfo.az

1Mənbələr