Çinlə əlaqəli sanksiyalı “Rich Starry” neft tankeri, ABŞ-ın İrana qarşı hərbi dəniz blokadasına baxmayaraq, 14 apreldə Hörmüz boğazından keçib.
Editor.az xəbər verir ki, bu barədə real vaxt rejimində gəmi izləmə portalı MarineTraffic-də məlumat verilib. “Bloomberg”in xəbər verdiyi kimi, əvvəllər “Full Star” adlanan gəmi, Tehranın enerji məhdudiyyətlərini aşmasına kömək etməkdə şübhəli bilinərək 2023-cü ildən bəri ABŞ sanksiyaları altındadır. Tanker İran neft daşınmalarında iştirak etdiyi iddiası ilə qara siyahıya salınıb.
“MarineTraffic”in məlumatına görə, Malavi bayrağı altında üzən “Rich Starry” gəmisi hazırda Oman körfəzindədir və bu, Hörmüz boğazından uğurla keçdiyini göstərir. Gəmçi ABŞ blokadası başlayandan bəri Hörmüz boğazından keçən və Fars körfəzindən çıxan ilk gəmi olub.
//Samir Qurbanov, Editor.az