BAKI, 14 aprel. TELEQRAF
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.
Teleqraf xəbər verir ki, Siyasət Əsgərovun
kollektivi səfərdə Andorra ilə üz-üzə gəlib.
"Andorra la Vella" stadionunda baş tutan qarşılaşma yığmamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda komandamızın qollarını kapitan Sevinc Cəfərzadə (15, 50) və Vusala Seyfatdinova (90+1) vurublar.
Qeyd edək ki, Azərbaycan millisi əvvəl Macarıstana uduzan yığma (0:1) Şimali Makedoniyanı (2:0) məğlub edib.