AZ

Sosial yardımlar və pensiya ödənişləri ARTDI

Ajans.az xəbər verir ki, bu yardımlardan faydalanan insanların sayı isə 11 852-yə çatıb. Ümumilikdə sosial yardımlar üçün dövlət büdcəsindən 14 milyon manat vəsait ödənilib. Ən diqqətçəkən məqamlardan biri isə artım tempidir. Belə ki, 2024-cü illə müqayisədə yardım alan ailələrin sayı 45 %, bu yardımlardan yararlanan insanların sayı 46 %, ayrılan ümumi məbləğ isə 33 % artıb. Pensiya təminatında da artım müşahidə olunub. Ötən il muxtar respublikada 45 457 nəfər pensiya alıb və onların hesablarına ümumilikdə 281,3 milyon manat vəsait köçürülüb. Eyni zamanda, təkcə 2025-ci il ərzində 2 872 nəfərə yeni əmək pensiyası təyin edilib.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən etibarən bütün pensiyalar 8,1 % indeksləşdirilib, sığortaolunan şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı isə 2,2 % artırılıb. (trend)

Seçilən
19
2
Ajans.az

3Mənbələr