Müəllif: Tamara Mustafayeva, Banco.az
"OpenAI" süni intellektlə işləyən maliyyə startapı "Hiro"nu satın alıb.
Banco.az xəbər verir ki, Süni intellekt sahəsində fəaliyyət göstərən nəhəng "OpenAI" süni intellekt əsaslı şəxsi maliyyə startapı "Hiro"nu satın alıb.
"Hiro"nun qurucusu Etan Blox tərəfindən açıqlanan və "OpenAI" tərəfindən təsdiqlənən bu satınalmanın maliyyə detalları ictimaiyyətə açıqlanmayıb. Startap A kateqoriyalı fintex investisiya şirkəti "Ribbit" ilə yanaşı, "General Catalyst" və "Restive" tərəfindən dəstəklənirdi.
"Hiro"nun 20 aprel tarixində fəaliyyətini dayandıracağını və 13 mayda serverlərində saxlanılan bütün məlumatları siləcəyini bildirməsi bu prosesin daha çox əməkdaşların transferi xarakteri daşıdığını göstərir. Etan Blox paylaşımında qeyd edib ki, "Hiro"nun əməkdaşları onunla birlikdə "OpenAI" şirkətinə keçəcəklər. Lakin bu prosesə neçə nəfərin cəlb olunduğu açıqlanmayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!