AZ

Uzanaraq pul qazanırlar

Hollandiyada tətbiq olunan "liggend wieden" sistemi marağa səbəb olub. Metbuat.az xəbər verir ki, bu, kənd təsərrüfatı işçilərinə tarlalarda uzanaraq işləməyə imkan verir. İşçilər bel ağrısından əziyyət çəkmədən bitkiləri alaq otlarından təmizləyə bilərlər. Xəbərdə deyilir ki, Hollandiyanın geniş kənd təsərrüfatı torpaqlarındakı sistem müasir texnologiya və ənənəvi əməyin qeyri-adi birləşməsini əks etdirir. "Liggend wieden" və ya uzanaraq alaq otlarından təmizlənmə üsulu Avropada həm davamlı kənd təsərrüfatı, həm də işçi sağlamlığı üçün yeni standart müəyyən edir.

Bildirilir ki, traktorların arxasına bərkidilmiş, yerdən bir neçə santimetr məsafədə duran və yan-yana düzülmüş çarpayılara bənzər platformalar işçilərin üzüaşağı uzanaraq işləməsinə imkan verir. Traktor yavaş sürətlə hərəkət etdikcə, işçilər bitkiləri alaq otlarından təmizləyirlər.

Seçilən
28
metbuat.az

1Mənbələr