AZ

Putin istənilən ölkəyə qoşun yeridə bilər: Dövlət Duması qanun qəbul etdi

Rusiya Dövlət Duması Rusiya prezidentinə Rusiya vətəndaşlarının təqib olunduğu ölkələrə qoşun yeritmək səlahiyyəti verən qanun layihəsini birinci oxunuşda qəbul edib.
Qanun layihəsinə izahat qeydində Rusiya vətəndaşlarının “xarici məhkəmə qərarlarına uyğun olaraq həbs olunması, saxlanılması, cinayət təqibi və ya digər təqiblərə məruz qalması” halında onların qorunması zərurəti qeyd olunur.

Dövlət Dumasının Müdafiə Komitəsi qanun layihəsinin konsepsiyasını dəstəkləyir, çünki təklif olunan tənzimləmə Rusiya vətəndaşlarının hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin qorunmasına, Rusiya təşkilatlarını xarici qanunsuz hücumlardan qorumağa və beynəlxalq səviyyədə davam edən geniş yayılmış rusofobiya kampaniyasına qarşı çıxmağa kömək edəcək”, – deyə Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov bildirib.

//Samir Qurbanov, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr