AZ

Taksim metro stansiyasında liftdə yanğın baş verib

İstanbulda Taksim metro stansiyasında liftdə baş verən yanğın yanğınsöndürənlər tərəfindən nəzarətə alınıb, Cümhuriyyət tunelinin yeraltı keçidi isə yanğın səbəbindən bağlanıb.

Taksim metro stansiyasındakı liftdə hələlik müəyyən edilməmiş səbəbdən yanğın baş verib.

Məlumatdan sonra hadisə yerinə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.

"Taksim Meydanı, Cümhuriyyət Tuneli alt keçidi ərazisində baş verən kiçik yanğın səbəbindən M2 Yenikapı-Hacıosman Metro Xəttinin Taksim Stansiyası çıxışı fəaliyyətə bağlanıb. Stansiyamızın digər girişləri sərnişinlər üçün açıq qalır. Ərazidəki yanğın nəzarət altına alınıb", - məlumatda deyilir.

Qruplar ərazidə işlərini davam etdirirlər.

QAZİLER.AZ

 

Seçilən
27
qaziler.az

1Mənbələr