Yoxsa sən yaranmısan?
Həm nazlı, həm ədalı,
Əcəb şən yaranmısan.Gözlərin başqa aləm,
Kirpik incə, qaş gözəl.
Gözlərinə bənzəyə,
Taleyin də kaş, gözəl.Çiçəyə bənzətmirəm,
Çiçək tez solur axı.
Eşitmirsən, a zalım,
Mənim çəkdiyim ahı.Sevgi nədir, bilmişəm,
Səni gördüyüm andan.
Sevgi beləmi olur?
Can qoparmısan candan.Yolun düşməsin, gülüm,
Nə dumana, nə çənə.
Tanrı da çox görməyə,
Bu gözəlliyi sənə.Arzum budur hər zaman,
Belə gözəl qalasan.
Gözəllik sənin ola,
Sən də mənim olasan.
Həyatında mən varamSəninçün qışda günəş,
Yayda yağışam, qaram.
Dərd çəkmə daha, gülüm,
Həyatında mən varam.Mən bir coşqun dənizəm,
Sən mənim sahilimsən.
Həm sabahım, həm gecəm,
Günüm, ayım, ilimsən.Sən məhəbbət bağımda,
Güldən doğan ətirsən.
Sevgi nəğmələrimdə,
Hər misrasan, sətirsən.
Səni necə sevməyim?
Eşqinə isinmişəm.
Həyatıma gələndən,
Məcnun tək sevinmişəm.Gəl, bir olaq hər zaman,
Sən pərvanə, mənsə şam.
Vəsf eləyim mən səni,
Gülüm, hər gün, hər axşam.Səninçün qışda günəş,
Yayda yağışam, qaram.
Dərd çəkmə daha, gülüm,
Həyatında mən varam.
Səni bu dünyada tək sevən mənəmGəlmisən, dünyama yaraşıq gəlib,
Ömrümə, günümə nur, işıq gəlib,
Duyğular qəlbimə qarışıq gəlib,
Sevgiylə doludur ürəyim, sinəm,
Səni bu dünyada tək sevən mənəm.Könlümdən silinməz sevginin adı,
Ruhumda qalıbdır eşqinin dadı,
Arzumun uçmağa qolu, qanadı,
Divanə olduğum gül üzlü sənəm,
Səni bu dünyada tək sevən mənəm.Eşqin bir zirvədir, mən uca dağam,
Sən ətirli bir gül, mən isə bağam,
Səninçün yaşaram, səninçün sağam,
Çəmənəm, çiçəyəm, sünbüləm, dənəm,
Səni bu dünyada tək sevən mənəm.Nə sevinc gecikə, nə qəm tələsə,
Nə bu sevgimizdə küləklər əsə,
Qoymaram yolları ayrılıq kəsə,
Hicranın yolunda dumanam, çənəm,
Səni bu dünyada tək sevən mənəm.
Xəbərin olmadı Saçlarıma qəmdən düşən,
Dəndən xəbərin olmadı.
Xəbər aldım hər an səni,
Məndən xəbərin olmadı.Hər əzaba dözən oldum,
Dərd gölündə üzən oldum,
Divanə tək gəzən oldum,
Məndən xəbərin olmadı. Sənin qəlbin daş imiş, daş,
Mənim isə gözümdə yaş.
Ömür sürdüm yavaş-yavaş,
Məndən xəbərin olmadı. Sən ey mənim ömrüm-günüm,
Çatmadımı sənə ünüm?
Sənə oldu yolum, yönüm,
Məndən xəbərin olmadı.
Yoldaş oldum nalə, aha,
Batdım ən ağır günaha.
Anaram, ölmüşəm daha,
Məndən xəbərin olmadı.