Vaşinqton, 14 aprel, AZƏRTAC
Yaxın Şərqdəki böhranın hərbi həlli yoxdur.
AZƏRTAC-ın məlumatıma görə, bu sözləri BMT Baş katibi Antonio Quterreş brifinqdə deyib. O bildirib ki, münaqişənin həlli ilə bağlı ciddi danışıqlar bərpa olunmalıdır.
“Atəşkəs rejimi qorunmalı və lazım gəldikdə uzadılmalıdır. Hörmüz boğazı da daxil olmaqla, beynəlxalq dənizçilik hüquq və azadlıqlarına bütün tərəflər hörmət etməlidir”, - deyə o, əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton