AZ

Cənubi Koreya İrana 500 min dollarlıq humanitar yardım ayırır

Cənubi Koreya hökuməti İran üçün 500 min dollar məbləğində humanitar yardım ayrılması ilə bağlı qərar qəbul edib.

Musavat.com xəbər verir ki, "The Chosun Daily" qəzetinin Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən yaydığı məlumata görə, bu qərar Seul nümayəndə heyətinin həftəsonu İrana etdiyi səfərdən sonra verilib. Məlumatda bildirilir ki, rəsmi Seul beynəlxalq ictimaiyyətin Orta Şərqdəki vəziyyətlə bağlı çağırışlarına cavab olaraq, yardımı Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə çatdıracaq. Hökumət qeyd edib ki, ayrılan vəsaitin bölgədə humanitar vəziyyətin yüngülləşdirilməsinə töhfə verəcəyi gözlənilir.

Qeyd edək ki, Cənubi Koreya mart ayında da Livan üçün 2 milyon dollar məbləğində humanitar yardım ayırmışdı.

Könül

Musavat.com

Seçilən
24
3
musavat.com

4Mənbələr