ain.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Real Madrid” yay transfer pəncərəsi zamanı əsas komandasının hücumçularından biri ilə yollarını ayırmağı planlaşdırır.
İdman.Biz “The Athletic”ə istinadən bildirir ki, “Los Blancos” mövsümün sonunda ispan hücumçusu Qonsalo Qarsiyanı satmağı planlaşdırır.
Mənbənin məlumatına görə, “kral klubu” oyunçunun gələcək satış qiymətinin 50%-ni almaq hüququnu özündə saxlamağı planlaşdırır.
Qarsiya bu mövsüm “Real Madrid”in heyətində bütün yarışlarda 33 oyunda meydana çıxıb. 22 yaşlı hücumçu altı qol vurub və iki məhsuldar ötürmə edib, o cümlədən İspaniya Superkubokunun finalında “Barselona”ya qarşı (2:3) bir qol və bir məhsuldar ötürmə edib.
İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.