AZ

İranda hakimiyyətində parçalanma

İran ilə ABŞ arasında aparılan danışıqlarda Tehrandan gələn nümayəndə heyəti daxilində ciddi fikir ayrılığı yaranıb. Bu gərginlik nəticəsində danışıqların dayandırılaraq heyətin dərhal İrana qayıtması barədə göstəriş verilib.

VAXT.AZ xəbər verir ki, mənbələrin bildirdiyinə görə, danışıqlar zamanı heyət üzvləri arasında xüsusilə “müqavimət oxu” adlandırılan qüvvələrə, o cümlədən “Hüzbullah”a maliyyə və hərbi dəstəyin azaldılması və ya dayandırılması məsələsində fikir ayrılığı yaranıb. Bildirilir ki, xarici işlər naziri Abbas Araqçı bəzi məqamlarda daha çevik mövqe nümayiş etdirib.

Bu yanaşma isə keçmiş SEPAH komandiri və hazırda Ali Milli Təhlükəsizlik Şurasının katibi olan Məhəmməd Bağır Zolqədr tərəfindən sərt reaksiya ilə qarşılanıb. Məlumata görə, o, danışıqlar prosesi ilə bağlı yüksək səviyyəli rəhbərliyə məruzə təqdim edib və məruzədə heyətin səlahiyyət çərçivəsindən kənara çıxdığı qeyd olunub.

Mənbələr həmçinin bildirir ki, bu hesabatdan sonra yüksək səviyyəli dairələrdə ciddi narazılıq yaranıb və nəticədə nümayəndə heyətinin danışıqları yarımçıq dayandıraraq geri çağırılması qərara alınıb.

Bu hadisə İran daxilində danışıqlar prosesinə yanaşma ilə bağlı mövcud daxili fikir ayrılıqlarını daha da üzə çıxarıb.

Seçilən
44
vaxt.az

1Mənbələr