Bakı. Trend:
2026-cı il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasındaəhalinin sayı 472 429 nəfərə çatıb və bu, bir ilərzində 1 486 nəfər və ya 0,3 %artım deməkdir.
Trend-in əldəetdiyi məlumata görə, iqtisadi fəal əhalinin sayı 275 513nəfər olub və bu göstərici əvvəlki illə müqayisədə6 545 nəfər və ya 2,4% yüksəlib.Məşğul əhalinin sayı da artaraq 261 009 nəfərəçatıb ki, bu da 1 718 nəfər və ya0,7% artım deməkdir.
Buna baxmayaraq, rəsmi qeydiyyatda olan işsizlərin sayı14 504 nəfər, işaxtaranların sayı isə 22257 nəfər olaraq qalır.
Digər tərəfdən, muzdla çalışan işçilərin ümumi sayı 60977 nəfər olub. Onların 62,1%-i və ya37 865 nəfəri dövlət sektorunda,37,9%-i və ya 23 112 nəfəri isəqeyri-dövlət sektorunda çalışır.
2025-ci ildə açılan 750 yeni iş yeri əməkbazarına əlavə nəfəs verib. Bu iş yerlərinin68,4%-i qeyri-dövlət sektorunda,31,6%-i isə dövlət sektorunda yaradılıb.Maraqlıdır ki, yeni iş yerlərinin 65,3%-i mövcudmüəssisələrdə formalaşıb, yalnız 34,7%-i tam yeniyaradılan iş yerləridir.
Orta aylıq əməkhaqqı 822,3 manat olub və bu,əvvəlki illə müqayisədə 5,1% çoxdur. Dövlətsektorunda orta maaş 929,4 manat təşkil edib vəburada artım 5,8% olub. Qeyri-dövlət sektorundaisə orta əməkhaqqı 648,8 manat olub və artım tempi2,8% səviyyəsində qalıb.