"ABŞ və İran danışıqlar masasına qayıtmağa çalışarkən, Pakistanda növbəti iki gündə nəsə baş verə bilər".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "New York Post" qəzetinə verdiyi müsahibədə bildirib.
Tramp İslamabadda ezamiyyətdə olan "New York Post" müxbirinə deyib: "Siz həqiqətən orada qalmalısınız, çünki növbəti iki gündə nəsə baş verə bilər və biz ora getməyə daha çox meylliyik. Bu, daha çox ehtimal olunur və bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür".
Tramp Pakistan feldmarşalı Asim Muniri nəzərdə tutaraq onu "fantastik adam" adlandırıb.
Cenevrə də sülh danışıqları üçün başqa bir potensial yer kimi nəzərdən keçirilib, lakin Tramp bu ehtimalı rədd edir. "Niyə məsələ ilə heç bir əlaqəsi olmayan bir ölkəyə getməliyik?" - deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, İslabadda əvvəlki ABŞ-İran danışıqları razılaşma olmadan başa çatıb.