AZ

Makron Tramp və Pezeşkiana çağırış edib

Ayna saytına istinadən ain.az xəbər verir.

Fransa lideri prezidentləri danışıqları bərpa etməyə çağırıb

Fransa Prezidenti Emmanuel Makron amerikalı və iranlı həmkarları - Donald Tramp və Məsud Pezeşkianla Yaxın Şərqdəki vəziyyət barədə danışdığını açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Makron “X” sosial media platformasında yazıb.

Makron prezidentlərlə söhbətinin 13 apreldə baş tutduğunu bildirib. Söhbət zamanı Fransa lideri İslamabadda dayandırılmış danışıqların bərpa olunmasına, eləcə də anlaşılmazlıqların aydınlaşdırılmasına və münaqişənin daha da gərginləşməsinin qarşısının alınmasına çağırıb.

"Atəşkəsin bütün tərəflər tərəfindən ciddi şəkildə riayət edilməsi və Livana şamil edilməsi xüsusilə vacibdir. Hörmüz boğazının mümkün qədər tez, qeyd-şərtsiz, yoxlamalar və tariflər olmadan yenidən açılması da eyni dərəcədə vacibdir", - Makron vurğulayıb.

O qeyd edib ki, Fransa və Böyük Britaniya da 17 aprel cümə günü Parisdə bu məsələ ilə bağlı konfrans keçirəcəklər.

Qeyd edək ki, 13 apreldə ABŞ İran limanlarının tam dəniz blokadasına başladı və Prezident Donald Tramp yaxınlaşan hər hansı bir İran gəmisinin məhv ediləcəyini bildirdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
ayna.az

1Mənbələr