AZ

TƏBİB-in yeni icraçı direktoru Anar Bayramovla bağlı MARAQLI MƏLUMATLAR

Xəbər verdiyimiz kimi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru təyin olunub. 

“Yeni Sabah” onun tərcümeyi-halını təqdim edir. 

Anar Məhərrəm oğlu Bayramov 1975-ci ildə anadan olub.

O, Azərbaycan Tibb Universitetində təhsil alıb. Tələbə olduğu dövrdə Akademik Mirqasımov adına təqaüdə layiq görülüb və ali məktəbi fərqlənmə diplomu ilə bitirib.

A.Bayramov magistratura təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) alıb. Adıçəkilən ali məktəbin iqtisadiyyat və idarəetmə ixtisasını “qırmızı diplom”la bitirib. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur.

O, 1998-ci ildən “MediClub” klinikasında həkim, 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti, baş direktorun müavini, baş direktoru, şirkətin İdarə Heyətinin sədri vəzifələrində işləyib. 

2006-2014-cü illərdə Azərbaycan Sığortaçılar Assosasiyasının Tibbi Sığorta Komitəsinin sədri, 2012-2017-ci illərdə Xəzər-Avropa Maliyyə Klubunun (CEİBC) prezidenti, 2017-2020-ci illərdə Xəzər-Avropa Klubunun Sığorta Komitəsinin rəhbəri olub. 

2021-ci ildən “A-Group” Sığorta Şirkətinin Direktorlar Şurasının üzvü, 2023-cü ildən Azərbaycan Deflimpiya Komitəsinin prezidenti, 2025-ci ildən Milli Olimpiya Komitəsi Baş Məclisin üzvü olaraq ictimai vəzifərdə çalışır.

2021-ci ildə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri olub.

Prezident İlham Əliyevin 2025-ci il aprelin 17-də imzaladığı sərəncamla əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin olunub.

20-dən artıq məqalə və 2 səmərələşdirici təklifin müəllifidir.


Telegram kanalımız
Seçilən
32
49
yenisabah.az

10Mənbələr