AZ

“Qarabağ”da həm meydanda, həm də meydandan kənarda lider olmuşam”

"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Ağdam klubundakı çıxışı ilə bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, brazliyalı yarımmüdafiəçi ölkəsinin "Metropoles" nəşrinə açıqlamasında "Qarabağ"da unudulmaz günlər keçirdiyini bildirib:

“Əməyin dəyərləndirilməsi çox gözəl hissdir. Təxminən 14 ilə yaxın "Qarabağ"ın üzvü olmuşam.

Bunun 10 il yarımını əsas heyətin dəyişməz üzvü oldum, digər 2-3 ildə isə əsas və ehtiyat oyunçu kimi çıxış etdim.

Həmişə baş məşqçinin etimadını hiss edirdim. Klubda həm meydanda, həm də meydandan kənarda lider olmuşam.

Oynamadığım vaxtlarda belə, komandaya başqa cür kömək edirdim, məsələn, paltardəyişmə otağında dəstək verirdim”.

Seçilən
18
50
sportinfo.az

10Mənbələr