AZ

Hindistanın elektrik stansiyasında partlayış baş verib, 10 nəfər ölüb

Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Hindistanın Çhattisqarh ştatında yerləşən elektrik stansiyasında partlayış baş verib.

Bu barədə NDTV telekanalı polisə istinadən məlumat yayıb.

Nəticədə azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Partlayış stansiyanın qazan borusunda baş verib. Hadisədən sonra əraziyə xilasedicilər və polis cəlb olunub, axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Yaralananlar xəstəxanaya yerləşdirilib, lakin dağıntılar altında insanların qala biləcəyi ehtimalı var.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
6
apa.az

7Mənbələr