AZ

Magistratura üzrə ixtisaslaşma seçimi cədvəlində yenilənmə təhsilin keyfiyyətinin yüksəldilməsinə hədəflənib

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəlinin yeni layihəsinin müzakirəsi məqsədilə Təhsil ixtisasları üzrə işçi qrupunun növbəti iclası keçirilib. İclasda ali təhsil müəssisələrinin işçi qrupda təmsil olunan nümayəndələri iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) məlumat verilib. İclasın moderatoru, ADPU-nun tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov bildirib ki, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəlinin yeni layihəsi Dövlət İmtahan Mərkəzi tərəfindən baxılması üçün Elm və Təhsil Nazirliyinə təqdim olunub. Qeyd edilib ki, layihə hazırda ali təhsil müəssisələrinin rəyləri əsasında müzakirə mərhələsindədir və sənəd üzərində müvafiq təkliflər əsasında dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur. Prorektor vurğulayıb ki, layihənin əsas məqsədi bakalavriat səviyyəsini bitirən məzunların magistratura səviyyəsində seçə biləcəyi ixtisaslaşmaların daha dəqiq müəyyənləşdirilməsi, ixtisaslararası uyğunluğun təmin edilməsi və təhsil trayektoriyalarının daha səmərəli qurulmasıdır. Bu istiqamətdə həm seçim imkanlarının optimallaşdırılması, həm də mövcud uyğunsuzluqların aradan qaldırılması diqqət mərkəzində saxlanılır.

İşçi qrupunun həmsədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov çıxış edərək bildirib ki, magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəlində aparılan yenilənmələr ali təhsilin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rektor qeyd edib ki, ixtisaslararası uyğunluğun daha dəqiq müəyyənləşdirilməsi, təhsil trayektoriyalarının optimallaşdırılması və mövcud boşluqların aradan qaldırılması tələbələrin daha məqsədyönlü və rəqabətqabiliyyətli hazırlığına xidmət edəcək.

Daha sonra iclas iştirakçıları tərəfindən təqdim olunan təkliflər ətraflı müzakirə edilib, müxtəlif ixtisaslar üzrə uyğunluq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Sonda işçi qrupu tərəfindən səsləndirilən təkliflər nəzərə alınmaqla yekun təkliflər layihəsinin hazırlanaraq Elm və Təhsil Nazirliyinə təqdim edilməsi barədə qərar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
azertag.az

1Mənbələr