ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
”Napoli” klubunun qalmaqallı prezidenti Aurelio De Laurentiis futbolun mövcud sistemini “darıxdırıcı” adlandıraraq, dünyanı şoka salacaq dəyişikliklər təklif edib.
Futbolpress.az xəbər verir ki, De Laurentiisin ən diqqətçəkən təklifi oyun müddəti ilə bağlı olub.
O, 90 dəqiqəlik sistemin artıq tamaşaçı itirdiyini iddia edərək, matçların hər biri 25 dəqiqə olmaqla, cəmi 50 dəqiqə davam etməsini istəyir. Prezidentin fikrincə, bu, oyunu daha intensiv və aksiyonla dolu edəcək.
Futbolun simvolu olan kartların ədalətsizliyə yol açdığını müdafiə edən klub rəhbəri, basketbol və buz hokeyindəki kimi “dəqiqəlik cəza” sistemini təklif edib.
İtaliyalı futbol adamı bu “şok tədbirlərin” qaçılmaz olduğunu bildirib. O, gənc nəslin uzunmüddətli oyunlardan sıxıldığını və futbolun digər əyləncə sektorları ilə rəqabət apara bilməsi üçün bu dəyişikliklərin vacib olduğunu vurğulayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.