AZ

İran öz nüvə proqramını dayandırmağa hazırdır

“The New York Times” qəzeti Amerika və İran rəsmilərinə istinadən xəbər verir ki, İslamabadda keçirilən danışıqlarda İran hakimiyyəti ABŞ nümayəndələrinə İranın nüvə proqramının və uranın zənginləşdirilməsinin beş illik dayandırılmasını təklif edib.

Tehranın təşəbbüsü kompromis tapmaq və ABŞ-ın İslam Respublikasına qarşı hərbi əməliyyatını dayandırmağa çalışmaq məqsədi daşıyır.
Qəzet qeyd edir ki, Tehran artıq fevral ayında Cenevrədə keçirilən danışıqlarda oxşar şərtlər irəli sürüb. Həmin görüşdən dərhal sonra ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyata başlamaq qərarına gəlib. Pakistandakı hazırkı dialoq zamanı Amerika nümayəndə heyəti İran hakimiyyətinə uranın zənginləşdirilməsinə iyirmi illik moratorium təklif edib. Qəzet həmçinin bildirir ki, konkret müddətlərin müzakirəsi İran və ABŞ arasında razılığa gəlmək şansını göstərir.

“Axios” daha əvvəl İran rəhbərliyinin on ildən az müddətə nüvə texnologiyalarının dondurulmasını nəzərdən keçirdiyini bildirmişdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
editor.az

1Mənbələr